...

"Neftçi"nin Azərbaycan çempionu olmaq üçün şansı var – klubun vitse-prezidenti

Cəmiyyət Materials 9 Fevral 2009 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun vitse-prezidenti İlqar Quluzadə komandanın çempionluq şanslarının itmədiyini iddia edir.

"Neftçi" həm ölkə kuboku yarışında, həm də Azərbaycan Premyer-Liqasında uğur qazanmaq istəyir. Bizim hələ də Premyer-Liqanın çempionu olmaq üçün şansımız var", - bazar ertəsi Trend-News-a Quluzadə bildirib.

"Nefçi" Azərbaycan Premyer-Liqasının birinci dövrəsində uğursuz çıxış edərək, 14 komanda arasında 9-cu yeri tutub. Hazırda "Neftçi" ilə Premyer-Liqada liderlik edən "İnter" klubu arasında 18 xallıq fərq var.

Vitse-prezident bildirib ki, "Nefti" birinci dövrə ilə müqayisədə çox güclənib.

"İndi komandamızda hər mövqe üzrə iki futbolçumuz var. Baş məşqçimizin istəyinə uyğun olaraq, komandaya səviyyəli futbolçular transfer etmişik", - o deyib.

"Neftçi" fasilə dövründə beş yeni futbolçu ilə müqavilə bağlayıb.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti