...

AFFA-nın İntizam Komitəsi Bakının MOİK klubunu cərimə edib

Cəmiyyət Materials 10 Fevral 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Bakının MOİK klubunu cərimə edib. Bu barədə çərşənbə axşamı Trend -a AFFA-nın mətbuat xidməti məlumat verib.
MOİK klubu Premyer-Liqanın növbəti mövsümündə iştiraka görə lisenziya almaq üçün lazım olan sənədləri vaxtında təqdim etmədiyi üçün cərimə olunub.
AFFA-nın Nizam-İntizam qaydalarının 74-cü maddəsinə uyğun olaraq, MOİK-in 6 min manat cərimə olunması qərara alınıb.
MOİK klubu Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 5 xalla 13-cü yeri tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti