...

Azərbaycanlılar Jirinovskini məhkəməyə veriblər

Cəmiyyət Materials 17 Fevral 2009 19:54 (UTC +04:00)

Rusiya azərbaycanlıları Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskini "Cənuba sonuncu atış" adlı kitabına görə məhkəməyə veriblər. RİA Novosti çərşənbə axşamı məlumat verib. 

Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyətinin (FMMM AZERRUS) Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə qarşı irəli sürdüyü iddia ilə bağlı məhkəmə iclası martın 2-də Moskvanın Meşşan rayon məhkəməsində keçiriləcək. Bu barədə Lenta.ru məlumat verir.

Məlumata əsasən, FMMM AZERRUS Jirinovskinin "Cənuba tərəf sonuncu atış" adlı kitabı ilə bağlı vitse-spikeri məhkəməyə verib. Jirinovski öz kitabında bu təşkilatın namus və ləyaqətini ləkələyən yalan iddialar irəli sürüb.

Jirinovskinin vəkili Sergey Belyakın RİA Novosti agentliyinə verdiyi məlumata əsasən, kitabın sonuncu nəşri yalnız subyektiv mülahizələrdən və müəllifin müxtəlif tarixi hadisələrlə, həmçinin XX əsrin əvvəllərində Türkiyə və Ermənistanda baş vermiş faciələr və 1988-ci ildə Dağlıq Qarabağ problemi ilə bağlı şəxsi fikirlərindən ibarətdir.

Jirinovskinin vəkili bildirib ki, əvvəllər adı çəkilən kitabla bağlı müəllifə heç bir iddia irəli sürülməyib.

Jirinovskinin "Cənuba sonuncu atış" kitabı ilk dəfə 1993-cü ildə dərc olunub.

Xəbər lenti

Xəbər lenti