...

Azərbaycan Premyer-Liqasının oyunlarında stadionları boş görəndə təəccübləndim – "Ayntraxt" klubunun vitse-prezidenti

Cəmiyyət Materials 20 Fevral 2009 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir R.Ergün/ Almaniyanın "Ayntraxt" futbol klubunun vitse-prezidenti Aksel Hellmann Azərbaycan Premyer--Liqasının oyunlarında azarkeşlərin sayının az olmasına təəccübləndiyini bildirib.

"Azərbaycanda olduğum müddətdə əhalinin futbolla yüksək səviyyədə maraqlandığını gördüm. Amma buna baxmayaraq, azarkeşlər çempionat oyunlarında stadionlara getmirlər. Açığı, boş tribunaları görəndə çox təəccübləndim", - AFFA-nın saytına müsahibəsində Hellmann deyib.

Bir müddət əvvəl "Ayntraxt" klubu ilə AFFA arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Hellmann Bakıya AFFA-nın həyətində tikilən Futbol Akademiyasının açılışında iştirak etmək üçün dəvət olunub.

Almaniya klubunun vitse-prezidenti Azərbaycan futbolunun inkişaf etdiyini, yaxın illərdə ən güclü futbol ölkələrinin sırasında olacağını deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti