...

Türkiyənin "Boluspor" klubunda çıxış edən futbolçu Azərbaycan yığmasına dəvət olunub

Cəmiyyət Materials 27 Fevral 2009 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend News, müxbir R.Ergün/ Türkiyənin "Boluspor" futbol klubunda çıxış edən İlqar Qurbanov Azərbaycan yığma komandasına dəvət olunub. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Qurbanov yığma komandanın martın 16-dan 19-dək Bakıda keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.

Azərbaycan yığmasının Bakıdakı təlim-məşq toplanışı martın 28-də Rusiya ilə keçiriləcək oyuna hazırlıq məqsədi daşıyır.

Qurbanov "Boluspor"dan əvvəl Türkiyənin "Fənərbaxça" və "Sivasspor" klublarında çıxış edib.

"Boluspor" Türkiyənin birinci liqasında mübarizə aparır.  

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti