...

Azərbaycanın "Muğan" klubunun baş məşqçi postuna namizədlərin sayı 10-dan çoxdur

Cəmiyyət Materials 2 Mart 2009 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend News, müxbir S.Aslanov / Azərbaycan Premyer Liqasının autsayderi "Muğan" baş məşqçi axtarışını davam etdirir. Bu barədə bazar ertəsi Trend -a klubun icraçı direktoru Füzuli Əliyev məlumat verib.

"Muğan"ı 16-cı turda meydana baş məşqçi əvəzi Nadir Qasımov çıxarıb.

Füzuli Əliyev deyib ki, baş məşqçi postuna namizədlərin sayı 10-dan artıqdır. Onların arasında Türkiyə, Xorvatiya, Moldova, Gürcüstan kimi ölkələrin təmsilçiləri var.

"Nadir Qasımov ilk oyunda komandaya qələbə qazandırdı. Bu uğurlu çıxışı davam etdirsə, ola bilər ki, baş məşqçi postunda Qasımovu təsdiqlədik. Qarşıdakı oyunların nəticələrindən çox şey asılıdır", - o, bildirib.

Hazırda "Muğan" 8 xalla 12-ci pillədədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti