...

Azərbaycan Teleradio Şurası mədəniyyət kanalının açılmasının tərəfdarıdır

Cəmiyyət Materials 13 Mart 2009 16:02 (UTC +04:00)
Azərbaycan Teleradio Şurası mədəniyyət kanalının açılmasının tərəfdarıdır

Azərbaycan, Bакı, 13 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə üzrə yayımlanacaq mədəniyyət kanalının açılmasının tərəfadarıdır.

"Yeni telekanalın açılması asan məsələ deyil. Məsuliyyəti üzərinə götürən şəxs olmalıdır", - cümə günü Trend -a Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: MTRŞ-nın verdiyi lisenziya ilə fevralın 1-dən Azərbaycan üzrə "İdman Azərbaycan" telekanalı fəaliyyətə başlayıb. Bundan əlavə bu il ərzində Şəki və Yevlaxda regional telekanal yayıma başlayıb. Azərbaycanda 20-dən artıq telekanal fəaliyyət göstərir. Onların 9-u ölkə ərazisində yayımlanır.  

Məhərrəmlinin sözlərinə görə, mədəniyyət kanalının açılması üçün çoxlu maliyyə vəsaiti lazımdır. "Ona görə məsələ gündəlikdə qalsa da, yeni telekanalın açılması tezliklə baş tuta bilməz. Yeni kanal açılan zaman reklam bazarı və kadr potensialı mütləq nəzərə alınmalıdır", - Şura rəhbəri əlavə edib.

Regionlardakı yeni telekanallara gəldikdə, Məhərrəmli bildirib ki, Şirvan və Şamaxı şəhərlərində telekanalların açılması gözlənilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti