...

Azərbaycan və Çin gənclər siyasəti sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Cəmiyyət Materials 24 Mart 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart / müxbir Trend C.Babayeva / Azərbaycan və Çin çərşənbə axşamı Bakıda gənclər siyasəti sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycan və Çin 10 ildir ki, gənclər siyasəti sahəsində uğurla əməkdaşlıq edir. "Azərbaycan əməkdaşlığın daha da genişlənməsinə səy göstərir. Qarşılıqlı səfərlər gənclər siyasəti sahəsində əlaqələrin inkişafı və gücləndirilməsinə xidmət edir", - Babayev deyib.

Ümumçin Gənclər Federasiyasının baş katibinin müavini Van Ksyücun bildirib ki, gənclər siyasəti sahəsində əlaqələri inkişaf etdirmək lazımdır. "Çin Azərbaycana gənclər siyasəti sahəsində birgə fəaliyyət planı hazırlamağı təklif edir", Ksyücun deyib. 

Ümumçin Gənclər Federasiyasının baş katibinin müavini Azərbaycanın Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini Çinə səfərə dəvət etdi.

Trend -un arayışı: 2005-ci ildə Azərbaycan və Çin arasında gənclərlə iş sahəsində əməkdaşlıq sazişi imzalanıb. Azərbaycanın 50 ölkə ilə gənclər siyasəti və idman sahəsində əməkdaşlıq sazişləri var.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti