...

Azərbaycanda qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 300-ə yaxın məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 29 Mart 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, deputat Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 300-dək məhkum azadlığa buraxılıb, bazar günü Trend -a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Trend -un arayışı:  Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.

İlkin məlumata görə, Amnistiya Aktı doqquz min məhbusa tətbiq olunacaq, 1700 məhbus azadlığa buraxılacaq.

Penitensiar Xidmətdən bildirilib ki, Amnistiya Aktının icrası 4 ay müddətində həyata keçiriləcək və ilkin olaraq cəza müddətinin başa çatmasına qısa müddət qalmış və xəstə məhkumlar azadlığa buraxılır.

İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, PX tərəfindən icrası həyata keçirilən 3 cəza növü üzrə amnistiya tətbiq olunacaq məhkumların dəqiq sayı aktın icrasının yekununda məlum olacaq.

Trend -un arayışı:  1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanun layihəsi doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfəri cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti