...

1918-ci ildə Bakıda soyqırım törədənlərin təzminat ödəməsi məsələsi qaldırılmalıdır

Cəmiyyət Materials 29 Mart 2009 16:27 (UTC +04:00)
1918-ci ildə Bakıda soyqırım törədənlərin təzminat ödəməsi məsələsi qaldırılmalıdır

Azərbaycan, Bакı, 29 mart  / Trend , müxbir A.Hüseynbala /

1918-ci ildə paytaxt Bakıda soyqırım törədənlərin dövlətin cinayət məsuliyyətinə cəlb olunması və təzminat ödənilməsi məsələsi qaldırılmalıdır, - bazar günü Trend -a  hüquqşünas, vəkil Fuad Ağayev deyib.

"31 mart soyqırımı ilə bağlı ciddi araşdırma aparılmalıdır. İndiyədək yeni-yeni kütləvi məzarlıqlar aşkarlanıb. Bu araşdırmalara xarici ekspertləri, mütəxəssisləri də cəlb etmək lazımdır", - Ağayev deyib. 

Trend -un arayışı: Azərbaycanda martın 31-i Azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə (Osmanlı imperiyası) Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir

Azərbaycan paytaxtı Bakıda 1918-ci ildə ermənilərin törətdiyi soyqırıma görə təzminat ödənilməsi məsələsi ciddi araşdırılmalıdir, - bazar günü Trend -a  hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə deyib.

"Hadisənin üstündən 90 il keçib. İlk növbədə təzminatın kimlərə və kimlər tərəfindən ödəniləcəyi dəqiqləşdirilməlidir", - Mirzəzadə əlavə edib.

Mirzəzadənin sözlərinə görə, mart soyqırımını erməni quldur dəstələrinin törətdiyi danılmaz faktdır. "Azərbaycan üçün əsas məsələ təzminat ödənilməsi yox, soyqırım faktının olması və dünya ictimaiyyətinin diqqətini buna cəlb etməkdir", - YAP funksioneri əlavə edib. 

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti