...

Azərbaycanın Birinci Xanımı yeniyetmələr arasında VI Beynəlxalq Elmi Olimpiadaya sədrlik edəcək

Cəmiyyət Materials 1 Aprel 2009 16:41 (UTC +04:00)
Azərbaycanın Birinci Xanımı yeniyetmələr arasında VI Beynəlxalq Elmi Olimpiadaya sədrlik edəcək

Azərbaycan, Bakı, 1 aprel / Trend müxbir C.Babayeva/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, dekabrın 2-11-də Bakıda keçiriləcək yeniyetmələr arasında VI Beynəlxalq Elmi Olimpiadaya sədrlik edəcək", - çərşənbə günü Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Elmi Olimpiadanın prezidenti Masno Qintinqlə görüşdə deyib.

Beynəlxalq Elmi Olimpiada Heydər Əliyev Fondunun, Azərbaycanın Gənclər və İdman, Təhsil nazirliklərinin, Türkiyə Təhsil İdarəsinin Bakı filialı olan "Çağ Öğretim İşletmeleri"nin dəstəyi ilə keçiriləcək.

Olimpiadada 50-dən çox ölkədən 15 yaşlı yeniyetmələr iştirak edəcək.

"Elmi olimpiadanın keçirilməsi üçün Heydər Əliyev adına idman-konsert kompleksində xüsusi dəyişikliklər ediləcək", - nazir bildirib.

"Əminəm ki, yeniyetmələr arasında VI Beynəlxalq Elmi Olimpiada Azərbaycanda uğurla keçiriləcək", - Qintinq deyib.

İndiyə qədər olimpiada dörd ölkədə - İndoneziya (iki dəfə), Braziliya, Koreya və Tayvanda keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti