...

SOCAR Georgia Gürcüstanın Şahmat Federasiyasının rəsmi sponsoru olub

Cəmiyyət Materials 7 Aprel 2009 11:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 aprel / Trend , müxbir N.Kirtsxalia /

Azərbaycanın SOCAR Georgia şirkəti Gürcüstanın Şahmat Federasiyasının rəsmi sponsoru olub. Bu barədə saziş şirkətin baş direktoru Mahir Məmmədov və Şahmat Federasiyasının prezidenti Qiya Qiorqadze arasında imzalanıb.

Saziş çərçivəsində, SOCAR Georgia 2009-cu ilin sonunadək Federasiyanın layihələrinə sponsorluq edəcək.

Qiorqadzenin məlumatına görə, ilk dəfədir ki, Federasiyaya sponsorluq edirlər. "Sponsorun mötəbər olması sevindirici haldır və biz Gürcüstan şahmatına azarkeşliq edən şirkətdən yardım alırıq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti