...

Azərbaycan çempionatının prinsipial qarşılaşmasında "Netfçi" "Xəzər-Lənkəran" üzərində qələbə qazandı

Cəmiyyət Materials 12 Aprel 2009 21:04 (UTC +04:00)
Azərbaycan çempionatının prinsipial qarşılaşmasında "Netfçi" "Xəzər-Lənkəran" üzərində qələbə qazandı

Azərbaycan, Bakı 12 aprel / Trend /

Azərbaycan premyer liqasının 21-ci turu prinsipial rəqiblər "Neftçi" və "Xəzər-Lənkəran" arasında oyunla başa çatdı.

Oyunda hesab artıq 10-cu dəqiqədə açıldı. Neftçinin rumıniyalı legioneri Niyaqanın ötürməsini kapitan Zaur Tağızadə baş zərbəsi ilə tamamladı.

Qoldan sonra komandaların səylərinə baxmayaraq birinci hissədə hesab dəyişmədi.

İkinci hissənin ilk dəqiqəsində Netfçi üstünlüyünü iki topa çatdıra bilərdi. Lakin bakılıların hücumçusu Atem kapitan Zaur Tağızadənin göazəl keçidindən sonra veridiyi ötürmədən istifadə edib qapıçı Serqey Kramarenkonu məğlub edə bilmədi.

Oyunun 51-ci dəqiqəsində isə "Xəzər-Lənkəranın" türkiyəli hücumşusu Əhməd Dursun hesabı bərabərləşdirdi.

Qələbə topunu isə Neftçi oyunun 90-cı dəqiqəsində vurdu. İkinci hissədə meydana çıxmış Netfçinin türkiyəli legioneri Əli Cansun komandasına qələbə gətirən qolu vurdu. Rumın Niyaqa ikinci dəfə məhsuldar ötürmə etdi.

Xəbər lenti

Xəbər lenti