...

Azərbaycanda vəkil olmaq istəyənlərin 13 faizdən çoxu qadınlardır

Cəmiyyət Materials 20 Aprel 2009 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda vəkil olmaq üçün sənəd vermiş namizədlərlə test imtahanı mayın 24-də keçiriləcək və vəkil olmaq istəyənlərin 13 faizdən çoxu qadınlardır.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfovun bazar ertəsi Trend -a verdiyi məlumata görə, vəkil olmaq üçün ötən il iyulun 15-dən bu il yanvarın 31-dək davam edən sənəd qəbuluna 506 hüquqşünas sənəd verib.

Trend -un arayışı: Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Almaniyalı ekspert Tomas Herman daha öncə mətbuata açıqlamalarının birində bildirib ki, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Amaniyalı ekspertin qənaətincə, ədalətli və obyektiv məhkəmə qərarının qəbul edilməsində peşəkar vəkillərin rolu var.

Nəcəfovun sözlərinə görə, sənəd verənlərin 438-i kişi, 67-si qadındı. Vəkil olmaq üçün müraciət edənlərin 332-si Bakı, 56-sı Şirvan, 39-u Gəncə, 58-i Sumqayıt, 21-i Şəki regionundandır.

Nəcəfov bildirib ki, bəzi regionlarda - Lerik, Yardımlı, Siyəzəndə vəkil çatışmazlığı var.

Sədr müavini bildirib ki, 2006 və 2007-ci illərdə keçirilən müsabiqədən fərqli olaraq, bu ilki müsabiqədə iştirak edən namizədlər arasında gənc və orta yaşlılar üstünlük təşkil edir. Vəkillər Kollegiyasına üzvlük üçün sonuncu müsabiqə 2007-ci ildə keçirilib və müvəffəqiyyət qazanmış 241 namizəd vəkilliyə qəbul olunub.

Bu müsabiqədən sonra Azərbaycanda vəkillərin sayı 750 nəfərə çatdırılıb.

Lakin hakimliyə keçirilən iki imtahandan sonra 43 vəkil hakim təyin olunub. Hazırda Azərbaycanda 720-yə yaxın vəkil var.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti