...

Azərbaycanın palçıq vulkanlarının püskürmələri kataloqu hazırlanıb

Cəmiyyət Materials 4 May 2009 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu (Gİ)" Azərbaycanın palçıq vulkanlarının püskürmələrinin kataloqu"nu (1810-2007-ci illər) nəşr edib".

"Akademik İbrahim Quliyev, mineral geologiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanovun müəllifi olduqları kitab rus və ingilis dillərində çap olunub", - AMEA Gİ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Kitabda Azərbaycanda vulkan püskürmələrinin xronolji ardıcıllığı, palçıq vulkanları və püskürmələr zamanı təbiətin nadir fenomenləri haqqında danışılır. Bu, kitabın ikinci nəşridir. Kataloqun birnci nəşri 2001-ci ildə çap olunub.

Azərbaycanda 350-yə yaxın palçıq vulkanı qeydə alınıb. Son iki əsrdə Azərbaycanda 93 palçıq vulkanının 387 püskürməsi qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti