...

Azərbaycanın futbol üzrə yığmasının heyəti açıqlanıb

Cəmiyyət Materials 4 May 2009 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın futbol üzrə milli yığmasının heyəti açıqlanıb.

Mayın 25-dən iyunun 2-dək Türkiyənin Kayseri şəhərində, iyunun 3-dən 9-dək Bakıda təlim-məşq toplanşı, iyunun 2-də Türkiyə yığması ilə yoldaşlıq oyunu, iyunun 6-da Uels yığması ilə DÇ-2010-un seçmə mərhələ oyunu, iyunun 9-da isə İspaniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyətinə Fərhad Vəliyev, Rauf Mehdiyev, Səlahət Ağayev, Rəşad Sadıqov, Rail Məlikov, Saşa Yunisoğlu, Mahir Şükürov, Aqil Nəbiyev, Sergey Sokolov, Ernani Pereyra, Samir Abbasov, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Vladimir Levin, Cavid Hüseynov, Elmar Baxşıyev, Aleksandr Çertoqanov, Zeynal Zeynalov, Vüqar Nadirov, Daniel Axtyamov, Leandro Qomeş, Vaqif Cavadov, Branimir Subaşiç çağırılıb.

Millinin almaniyalı baş məşqçisi Berti Foqts ehtiyat heyətə Elvin Məmmədov, Tural Nərimanov, Elçin Sadıqov, Araz Abdullayev, Usim Nduka və Elnur Allahverdiyev, Tural Cəlilov və Rahid Əmirquliyevi dəvət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti