...

Məhkumlar arasında Naxçıvandakı cəzaçəkmə müəssisəsinə köçməkdən imtina edənlər var - Penitensiar Xidmətin rəis müavini

Cəmiyyət Materials 6 May 2009 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bildirib ki, ölkənin cəzaçəkmə müəssisələrində Naxçıvandan olan məhkumların bir qismi Naxçıvanda yeni inşa olunan cəzaçəkmə müəssisəsinə köçmək istəmir.

"Qəbul edilən qərara görə, Naxçıvan qeydiyyatı olan məhkumlar orada ötən il istifadəyə verilən cəzaçəkmə müəssisələrinə köçürüləcək", -çərşənbə günü jurnalistlərə Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.

Trend -un arayışı: Azərbaycanın cəzaçəkmə müəssisələrində 300-ə yaxın Naxçıvandan olan məhbus var.

Naxçıvan cəzaçəkmə müəssisəsi ötən ilin yayında istifadəyə verilib və Avropa standartlarına cavab verən qarışıq cəzaçəkmə müəssisəsidir.

Əlixanovun sözlərinə görə, Naxçıvandakı cəzaçəkmə müəssisəsinə köçürülmədən imtina edən məhbusların imtina səbəbləri öyrənilir.

"Müəssisəyə köçürülməkdən imtina edən məhkumların imtina səbəbləri qanunaziddirsə, onlar Naxçıvana köçürüləcək", - Əlixanov əlavə edib.

Rəis müavini hələlik köçürülmə prosesinin başlanmadığını deyib və köçürülmənin yubanmasını texniki məsələlərlə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti