Azərbaycan, Bakı, 08 may / Trend , müxbir C.Babayeva /
Azərbaycanın kiçik məktəblərinin birləşdirilməsi Dünya Bankı ilə birgə reallaşdırılacaq.
"Kiçik məktəblərin birləşdirilmiəsi üzrə uzunmüddətli layihə ilkin olaraq pilot layihə kimi reallaşdırılacaq. Bu layihə müsbət nəticə verərsə, ölkənin bütün məktəblərini əhatə edəcək", - deyə cümə günü jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, kiçik məktəblərin birləşdirilməsi Azərbaycanda təhsilin səviyyəsini qaldıracaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]