...

Uşaqlarla bağlı islahatlarda əldə edilmiş irəliləyişlər Bişkekdə müzakirə ediləcək

Cəmiyyət Materials 12 May 2009 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir C.Babayeva /

Qırğızıstan hökuməti UNİCEF-in dəstəyi ilə 12-14 may tarixlərində Bişkekdə "Uşaqların müdafiəsi forumu" keçirəcək.

Uşaqlarla bağlı islahatlarda əldə edilmiş irəliləyişlərin müzakirə ediləcəyi forumda Azərbaycandan nümayəndə heyəti də iştirak edəcək, çərşənbə axşamı UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilib.  

Nümayəndə heyətinə Ailə və Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin əməkdaşları, KİV və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları daxildir. Azərbaycan hökumətinin nümayəndələri forumda təqdimatla çıxış edəcəklər.

Azərbaycanda 14 500 uşaq dövlət uşaq müəssisələrində yaşayır. Azərbaycan Prezidenti 2006-cı ildə "Deinstitutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proqramı"nı təsdiqləyib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti