...

Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının açılış mərasimi Azərbaycan əfsanələri əsasında qurulacaq — Federasiyanın vitse-prezidenti

Cəmiyyət Materials 14 May 2009 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir D.İbrahimova / 

Bədii Gimnastika üzrə Avropa Çempionatının açılışı Azərbaycan əfsanələri və rəvayətləri əsasında qurulacaq. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bildirib.

Mayın 15-də Bakıda Bədii Gimnastika üzrə 2009-cu il 25-ci Avropa Çempionatı start götürür. Yarışın keçirilməsini Azərbaycan Gimnastika Federasiyası öz üzərinə götürüb. Yarışlarda 32 ölkənin 186 gimnastı iştirak edəcək. Həmin gün yerli vaxtla saat 18:30-da başlanacaq çempionatın rəsmi açılış mərasimi keçiriləcək.

"Açılış mərasiminin quruluşu ilə Moskvadan dəvət olunan quruluşçu-rejissor Aleksey Sençenovun məşğul olması təmtəraqlı təqdimatdır", - deyə cümə axşamı Trend -a Həsənov bildirib. Onun sözlərinə görə, Sençenov çempionatın açılış və bağlanış mərasiminə Opera və Balet Teatrının artislərindən ibarət qrup ilə hazırlaşıb.

Həsənov bildirib ki, açılış və bağlanış mərasimi bir mövzu ilə bağlıdır. "Açılışın bədii hissəsi təqribən bir saat, bağlanış mərasimi isə təxminən 20 dəqiqə çəkəcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti