...

UEG rəhbəri Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının təşkilini yüksək qiymətləndirib

Cəmiyyət Materials 16 May 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend /

Avropa Gimnastika İttifaqının (UEG) rəhbəri Dimitrios Dimitropulos Bakıda Bədii Gimnastika üzrə Avropa Çempionatının təşkilini yüksək qiymətləndirib. 

"Çempionat ən yüksək standartlara uyğun təşkil olunub", - deyə Dimitropulos Bakıda çempionatın rəsmi açılış mərasimində bildirib.

UEG rəhbəri çempionatın bu dərəcədə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Cümə günü Bakıda Bədii Gimnastika üzrə 2009-cu il 25-ci Avropa Çempionatına start verilib. Yarışın keçirilməsini Azərbaycan Gimnastika Federasiyası üzərinə götürüb. Yarışlarda 32 ölkənin 186 gimnastı iştirak edir.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda bədii gimnastika üzrə bu dərəcədə əhəmiyyətli yarışların birinci dəfə keçirilmədiyini qeyd edib.

Rəhimovun sözlərinə görə, 32 ölkədən təqribən 200 gimnastın medallar uğrunda mübarizə aparması yarışın əhəmiyyətli olduğuna dəlalət edir.

Rəhimov çıxışının sonunda hər bir gimnasta uğurlar və qələbələr arzu edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti