Azərbaycan, Bаkı, 16 may / Trend , müxbir A.Hüseynbala /
Türkiyə yığma komandasının keçmiş baş məşqçisi Şenol Günəş "Trabzonspor" futbol komandasını çalışdırmağa razılıq verib.
Türkiyə mətbuatının məlumatına görə, klubun başqanı Sadri Şenerlə görüşlərin sonunda Günəş yenidən baş məşqçi kimi işləməyə hazır olduğunu bildirib.
2002-ci il dünya çempionatında Türkiyə yığma komandasına üçüncü yeri qazandıran Günəş hazırda Cənubi Koreyanın paytaxtı Seul şəhərinin komandasını çalışdırır. Onun may ayının 30-da Türkiyəyə gələrək rəsmi sözləşmə imzalayacağı gözlənilir.
"Trabzonspor"a ilk dəfə 1988-ci ildə baş məşqçi təyin olunan Günəş klubu 32 oyunda meydana çıxarıb. 1993-94-cü illərdə yenidən bu kluba qayıdan baş məşqçi 1996-97-ci il mövsümünün 21-ci turunda vəzifəsindən ayrılıb. Təcrübəli məşqçi 2004-2005-cü il mövsümündə yenidən komandaya dönərək 2005-2006-ci il mövsümünün 7-ci həftəsində istefaya gedib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]