...

Azərbaycanda Amnistiya Aktının icrası başa çatandan sonra Əfv Komissiyası müraciətlərə baxacaq

Cəmiyyət Materials 21 May 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclaslarının keçirilməməsinə səbəb Amnistiya Aktının tətbiqinin başa çatmamasıdır.

"Amnistiya Aktının icrası başa çatmamış biz məhbusların əfv olunmaq üçün etdikləri müraciətlərə baxa bilmərik", - deyə cümə axşamı Trend -a Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.

Trend -un arayışı: Milli Məclisin üzvü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 10-da doqquz min məhbusa aid ediləcək "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qanun layihəsini parlamentə təqdim edib və parlament tərəfindən qəbul edilib. Layihə 1700 məhbusun azadlığa buraxılmasını nəzərdə tutur.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Axundovanın sözlərinə görə, komissiyaya əfv olunmaq üçün müraciət edən məhbusların bir hissəsi artıq amnistiya ilə azadlığa buraxılıblar.

"Buna görə də yeni əfv siyahısının hazırlanması üçün Amnistiya Aktı tam yerinə yetirilməlidir", - deputat deyib.

Axundova bildirib ki, komissiya üzvlərinə əfv üçün müraciət edən məhbusların nə qədərinin amnistiya ilə azadlığa buraxılması prosesi yekunlaşmadan yeni əfv fərmanının imzalanması haqqında danışmaq mümkün deyil.

"Mənə müraciət edən məhbusların ən azı yarısı artıq amnistiya ilə azadlığa çıxıblar. Komissiyanın tərkibindəki əfv sektoru Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə amnistiyaya düşən məhbusların siyahısını dəqiqləşdirəcək və biz bundan sonra yeni müraciətləri müzakirə etməyə başlayacağıq", - komissiya üzvü əlavə edib.

Millət vəkili deyib ki, Amnistiya Aktının icra olunması prosesi iyunun ortalarında başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti