Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.İsmayılov /
"Azərbaycan futbolunda qərəzli hakimlik problemi aradan qaldırılıb", - AFFA prezidenti Rövnəq Abdullayev hesab edir.
"Baxmayaraq ki, bu istiqamətdə bəzi problemlər var, lakin hakimliyin səviyyəsi yaxşılaşır. Hamının səhvi olur, ancaq əsas odur ki, biz qərəzli hakimliyi aradan qaldıra bildik", - AFFA prezidenti Azərbaycan çempionatının medalçılarının mükafatlandırılması mərasimində çıxış edərkən deyib.
Abdullayev Peşəkar Futbol Liqasının (PFL) işindən razı qaldığını bildirib. "PFL-in yaradılması düzgün addım idi. Çempionat yüksək səviyyədə keçdi. Marafon uzun oldu. Mən onun bitimi münasibətilə futbol ictimaiyyətini təbrik edirəm", - o deyib.
Abdullayev deyib ki, bu mövsüm çempionluq uğrunda iki komanda mübarizə aparırdı. "Ümid edirəm ki, gələn il onların sayı səkkizə çatacaq", - Abdullayev əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]