...

Azərbaycan Məhkəməsi dövlətə xəyanətə görə məhkum olunmuş baş redaktora bəraət verməyib

Cəmiyyət Materials 28 May 2009 10:34 (UTC +04:00)
Azərbaycan Məhkəməsi dövlətə xəyanətə görə məhkum olunmuş baş redaktora bəraət verməyib

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Məhkəməsi dövlətə xəyanətə görə məhkum olunmuş baş redaktora bəraət verməyib.

Ali Məhkəmə çərşənbə günü keçirilən prosesdə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədov və bölmənin sabiq əməkdaşı Elman Quliyevin kassasiya şikayətini təmin etməyib.

Bu barədə Trend -a Məmmədovun vəkili Ramiz Məmmədov məlumat verib.

Ali Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri və qəzetin baş redaktoru Məmmədov və qəzetin məsul katibi Quliyev 2007-ci ilin fevralın əvvəllərində həbs olunublar.

Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il, Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti