...

Avropa Məhkəməsi Konvensiyanın 14 saylı Protokolunu imza üçün açıq elan edib

Cəmiyyət Materials 1 İyun 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Avropa Məhkəməsi İnsan hüquq və azadlıqları haqqında Konvensiyanın 14 saylı protokolunu imza üçün açıq elan edib.

14 saylı protokol Avropa İnsan Hüquqları Məhkəməsinin işinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Bu protokolun məqsədlərindən biri perspektivsiz işləri icraata götürməməkdir. Həmçinin şəxs "əhəmiyyətli ziyana" məruz qalmayıbsa, işlər qəbul olunmamış kimi hesab ediləcək. Bu hal şikayətə mahiyyəti üzrə baxılmasını tələb etmədikdə və daxili məhkəmə tərəfindən lazımi qaydada araşdırıldıqdan sonra tətbiq edilə bilər.

Yeni mexanizm sayəsində Nazirlər Komitəsi qərarın şərh edilməsi barədə qərar çıxarılması üçün Məhkəməyə müraciət edə bilər. Həmçinin Komitə üzv dövlətin tərəf olduğu iş üzrə qəti qərarı yerinə yetirməkdən imtina etdiyini hesab edirsə, dövlətin öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsini Məhkəməyə təqdim edə bilər.

Eyni zamanda Protokola əsasən işə təkbaşına baxan hakim şikayəti qəbul olunmayan elan edə və ya Məhkəmənin işlərinin siyahısından çıxara bilər.

Həmçinin şikayətlərin qəbuledilənliyi ilə bağlı qərar 3 nəfərdən ibarət Komitə tərəfindən çıxarılır.

Komitələr işə baxarkən Konvensiyanın və ya onun Protokollarının şərhi və ya tətbiqi ilə bağlı olan məsələ artıq Məhkəmənin təşəkkül tapmış presedent hüququnun predmeti olubsa, onu yekdil səslə qəbul olunan elan edə və eyni zamanda onun mahiyyəti üzrə qərar çıxara bilər.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bazar ertəsi Trend -a bildirib ki, 14 saylı Protokolun qəbuledilənliklə bağlı iki müddəası sənədi imzalayan dövlətlər üçün hüquqi qüvvəyə malik olacaq.

Əsgərov bildirib ki, Azərbaycanın bu sənədi imzalaması üçün prosedurları Xarici İşlər Nazirliyi başlamalıdır.

14 saylı Protokol bir müddət öncə imzalanmaq üçün elan edilmiş və üzv dövlətlərdən yalnız Rusiya bu Protokolu ratifikasiya etməmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti