...

Azərbaycanda qəbul imtahanları regionlarda da təşkil ediləcək

Cəmiyyət Materials 19 İyun 2009 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaxın illərdə ölkənin regionlarında da qəbul imtahanlarını təşkil edəcək

"Dövlət Komissiyası Naxçıvandan başqa Gəncə, Şəki, Quba və Lənkəranda regional şöbələrini yaradıb. Onların köməkliyi ilə yaxın illərdə qəbul imtahanları regionlarda da keçiriləcək", - deyə cümə günü jurnalistlərə TQDK-nın sədr müavini Namiq Babayev bildirib.

Azərbaycanda qəbul imtahanları Bakı və Naxçıvanda keçirilir. Regionlardakı abuturiyentlər qəbul imtahanı vermək üçün paytaxta gəlirlər ki, bu da müəyyən problemlər yaradır.

Babayev bildirib ki, regional şöbələrin formalaşdırılması istiqamətində işlər aparılır. "Vakant yerlərə mütəxəssislərin seçilməsi üçün Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya tərəfindən müsabiqə keçirilir", - TQDK-nın sədr müavini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti