...

Azərbaycanda prokuror keçmiş baş redaktora iş istəyib

Cəmiyyət Materials 19 İyun 2009 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda prokuror "Xalq qəzeti"nin keçmiş baş redaktoru, "Yeni Müsavat" qəzetinin köşə yazarı Mahal İsmayıloğluna iş istəyib.

İsmayıloğlunun vəkili Əlayif Həsənov cümə günü Trend -a bildirib ki, Bakının Abşeron rayon məhkəməsində keçirilən prosesdə prokuror keçmiş baş redaktora 3 il 6 ay azadlıqdan şərti məhrumetmə cəzasının verilməsini xahiş edib.

Proses iyunun 30-da vəkillərin çıxışı ilə davam edəcək.

Trend -un arayışı: İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Keçmiş baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128) maddəsi ilə ittiham olunur.

Zərərçəkən kimi tanınan Nəsibə Nuruş qızı jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir.

İsmayıloğlu özü isə hesab edir ki, cinayət işi siyasi sifarişdir, onu hökuməti tənqid edən məqalələr yazdığına görə cəzalandırmaq istəyirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti