...

Azərbaycan məhkəməsi keçmiş baş redaktora iki il şərti cəza verib

Cəmiyyət Materials 1 İyul 2009 10:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan məhkəməsi "Xalq qəzeti"nin keçmiş baş redaktoru, "Yeni Müsavat" qəzetinin köşə yazarına hökm oxuyub.

Mahal İsmayıloğlunun vəkili Əlayif Həsənov çərşənbə günü Trend -a bildirib ki, Bakının Abşeron rayon məhkəməsində keçirilən prosesdə jurnalistə iki il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası verilib.

Prokuror keçmiş baş redaktora 3 il 6 ay azadlıqdan şərti məhrumetmə cəzasının verilməsini istəmişdi.

Vəkil bildirib ki, İsmayıloğluna elan olunan ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən belə bir hökm ədalətsiz çıxarılıb və hökmdən apellyasiya şikayəti veriləcək.

Trend -un arayışı: İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Keçmiş baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128) maddəsi ilə ittiham olunur.

Zərərçəkən kimi tanınan Nəsibə Nuruş qızı jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir.

İsmayıloğlu özü isə hesab edir ki, cinayət işi siyasi sifarişdir, onu hökuməti tənqid edən məqalələr yazdığına görə cəzalandırmaq istəyirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti