...

AFFA prezidenti FİFA referisinin ittihamlarını əsassız sayıb

Cəmiyyət Materials 3 İyul 2009 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti FİFA referisinin ittihamlarını əsassız sayıb.

"Biz Babək Quliyevə çox böyük önəm verdik. Bir neçə ay əvvəl onu Premyer Liqanın birinci dövrəsinin ən yaxşı hakimi seçib 10 min manat mükafat vermişik. İnsan gərək düz, vicdanına baxıb danışsın. Onun fikirlərini şərh etmək istəmirəm", - Trend -un məlumatına görə, bu sözləri cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib. 

FİFA hakimi Babək Quliyev dünən keçirdiyi mətbuat konfransında hakimlikdən uzaqlaşdırılmasına görə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi günahlandırıb. O, cəzalandırılmasına şəxsi qərəz və ədavətin səbəb olduğunu deyib.

Abdullayev, həmçinin bildirib ki, növbəti mövsümdə də ədalətli hakimliyin olmasına çalışacaqlar.

"Azərbaycanda qərəzli hakimliyin aradan qaldırılmasına nail olmaq istəyirik. Növbəti mövsümdə çalışacağıq ki, bu məsələ birdəfəlik aradan götürülsün. Bunu etməsək, futbolun inkişafından danışa bilmərik", - AFFA prezidenti əlavə edib.

35 yaşlı FİFA referisi bu ilin martında qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıb.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti