...

Azərbaycan məhkəməsi Rusiyanın "Yedinaya Rossiya" Partiyasının icraçı katibinə 8 il azadlıqdan məhrumetmə cəzası verib

Cəmiyyət Materials 10 İyul 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycan məhkəməsi Rusiyanın "Yedinaya Rossiya" Partiyasının Peçatniki rayon şöbəsinin icraçı katibinə hökm oxuyub.

İcraçı katib Şamil Qurbanov, onunla birlikdə mühakimə olunanlar Cümşüd Rüstəmov və Mütəllim Əkbərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 213-cü (vergi ödəməkdən yayınma), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya bu cür sənədi satma, Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunublar. Qurbanov 400 nəfərin etimadından istifadə edərək, pullarını mənimsəyib.

Qurbanov və digər şəxslər Gəncə Beynəlxalq Hava Limanının sərhəd-buraxılış məntəqəsində həbs edilib. Cinayət işi üzrə ibtidai istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb.

Qurbanov dünyasını dəyişən qardaşının qırx mərasimində iştirak etmək üçün Azərbaycana gələrkən həbs edilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Şamil Qurbanov 8, Cümşüd Rüstəmov 8, Mütəllim Əkbərov 7 il azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti