...

Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Finlandiya komandası ilə oyuna qələbə üçün çıxacaqlarını bildirib

Cəmiyyət Materials 24 İyul 2009 13:51 (UTC +04:00)
"Biz rəqibi yaxşı tanıyırıq. Onu bilirik ki, "Honko" "Rusenborq" kimi tanınan klub deyil. Ancaq biz qələbədən sonra növbəti oyuna rahat çıxmamalıyıq. Baş məşqçımızın komandanı oyuna yaxşı hazırlayacağına inanıram", - cümə günü Trend News-a millinin kapitanı və "Qarabag" klubunun müdafiəçisi Rəşad Sadıqov bildirib.
Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Finlandiya komandası ilə oyuna qələbə üçün çıxacaqlarını bildirib

Azərbaycan, Bakı, 24 iyul / Trend , muxbir A.Hüseynbala /

Azərbaycanın "Qarabag" klubunun müdafiəçisi Rəsad Sadıqov Finladiyanın "Honka" klubu ilə oyuna qələbə ücün çıxacagını bildirib.

"Biz rəqibi yaxşı tanıyırıq. Onu bilirik ki, "Honko" "Rusenborq" kimi tanınan klub deyil. Ancaq biz qələbədən sonra növbəti oyuna rahat çıxmamalıyıq. Baş məşqçımızın komandanı oyuna yaxşı hazırlayacağına inanıram", - cümə günü Trend -a millinin kapitanı və "Qarabag" klubunun müdafiəçisi Sadıqov bildirib.

Avroliqanın ikinci təsnifat mərhələsində 20 qat Norvec cempionu "Rusenborq"u mübarizədən kənarlasdıran "Qarabag" klubunun növbəti rəqibi məlum olub. Agdam təmsilçisi üçüncü mərhələdə "Honka" (Finlandiya)  ilə qarşılaşacaq.

"Qarabag"ın "Rusenboq"la oyunda yeganə qolu Sadıqov vurub.

Sadıqovun sözlərinə görə, "Rusenboq"la oyun çətin kecib. "Vurdugum qolu ilk öncə qarabağlılara, daha sonra bütün Azərbaycan xalqına həsr edirəm", - futbolçu əlavə edib.

Millinin kapitanı Türkiyənin "Kocalispor" klubuna qayıdacagının sual altında oldugunu deyib. "Klubun rəhbərliyi ilə danısıb qərar verəcəm", - Sadıqov deyib.

Futbolçu ötən mövsüm Türkiyənin "Kocalispor" klubunda oynayıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti