...

Dünya Azərbaycanlıları Konqresi diasporun problemlərini müzakirə edəcək

Cəmiyyət Materials 24 İyul 2009 14:38 (UTC +04:00)
"Konqresin payız ayı üçün proqramına əsasən, Avropada yaşayan azərbaycanlıların tanınmış nümayəndələri ilə görüş keçiriləcək. Həmçinin YUNESKO-da, ABŞ-ın Kaliforniya və Kolumbiya universitetlərində görüşlər nəzərdə tutulub. Görüşlərdə əsasən Güney Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və diasporun problemləri müzakirə olunacaq", - cümə günü Trend News-a DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir C.Babayeva /

Dünya Azərbaycanlıları Konqresi (DAK) diasporun problemlərini müzakirə edəcək.

"Konqresin payız ayı üçün proqramına əsasən, Avropada yaşayan azərbaycanlıların tanınmış nümayəndələri ilə görüş keçiriləcək. Həmçinin YUNESKO-da, ABŞ-ın Kaliforniya və Kolumbiya universitetlərində görüşlər nəzərdə tutulub. Görüşlərdə əsasən Güney Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və diasporun problemləri müzakirə olunacaq", - cümə günü Trend -a DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, payızda keçiriləcək tədbirlər üçün DAK-ın digər həmsədri Firudin Pərviznianın rəhbərliyi altında hazırlıq işləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti