Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin yeddi ayı ərzində Mingəçevir şəhərində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi yoxlamalar zamanı ekoloji qanunvericiliyin pozulması hallarını aşkara çıxarıb.
Müvafiq reyd və yoxlamalar nəticəsində 44 akt və protokol tərtib edilib. Onlardan üçü su ehtiyatlarının mühafizəsi, beşi tullantılardan düzgün istifadə edilməməsi, üçü atmosfer havasının mühafizəsi, onu flora, səkkizi isə əhaliyə və sahibkarlara ayrılan torpaqlarla bağlı oub, çərşənbə axşamı ETSN-nin yaydığı məlumatda bildirilib.
Ekoloji qanunvericiliyin pozulması hallarını görə qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Təbiəti Mühafizə Ehtiyat Fonduna 11987 manat vəsait ödənilib. Aşkar edilmiş ciddi nöqsanlara görə, 15 şəxs barəsində cərimə tərtib edilib, onlardan beşinin icrasını təmin etmək üçün məhkəmə nəzarətinə göndərilib.
Təşkilat təsərrüfat və vətəndaşlar tərəfindən ətraf mühitə vurulmuş zərərə görə yeddi iş üzrə 502,83 manat məbləğində iddia qaldırılıb. Onlardan altısı üzrə 353 manat iddianın ödənilməsi təmin edilib. Xidməti ərazidə yerləşən 130 obyektə 15283,73 manat məbləğində ödəniş tapşırıqları verilib, bunlardan 10939,04 manatın ödənilməsi təmin edilib. Rayon məhkəməsinə baxılması üçün iki iş göndərilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]