Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /
"Azərbaycanda bir sıra məhsullar Qafqaz Müsəlmanları İdarəsinin icazəsi olmadan "Halal" nişanı altında satılır", - idarədən bildirilib.
" "Halal" nişanı yalnız Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə verilir, lakin bu nişan altında saxta qida məhsulları satılır. Bu səbədən "Halal" nişanlı həqiqi ərzaqları saxta ərzaqlardan ayırmaq olmur", - çərşənbə günü QMİ sədrinin müavini, müfti Hacı Salman idarənin 12-ci qurultayında bildirib.
Hacı Salman Dini Qurunlarla İş üzrə Dövlət Komitəsinə "Halal" nişanlı saxta ərzaq məhsullarına qarşı mübarizədə yardım göstərilməsi üçün müraciət edib.
Bakıda çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayı keçirilir. Qurultayın işində 250 nəfər iştirak edir.
O həmçinin təəssüflə qeyd edib ki, televiziya kanallarında yayımlanan bəzi dini verilişlərin aparıcılarının din haqqında anlayışları yoxdur. "Bu kimi proqramların hazırlanmasının QMİ ilə razılaşdırılması daha yaxşı olardı", - müfti bildirib.