...

Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib

Cəmiyyət Materials 12 Avqust 2009 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /

Qafqaz Müsəlmanları İdarəsinin Nizamnaməsinə, "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin tətbiq edilməsi ilə əlaqədar olaraq bir sıra dəyişikliklər edilib.

Nizamnaməyə dəyişikliklər Bakıda çərşənbə günü keçirilən 12-ci qurultayda qəbul edilib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə bir ay ərzində hazırkı qanunvericiliyin "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında fərmana uyğunlaşdırılması üzrə təklifləri hazırlayaraq prezidentə təqdim etmək tapşırılıb.

Fərmana əsasən, din xadimləri - dini mərasimlərin keçirilməsi üçün ayrılan yerlərin rəhbərləri Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyətinin razılığı  ilə təyin edilə bilər. İslam dini ilə bağlı tədbirlər respublikada dini təhsil alan Azərbaycan vətəndaşlarının rəhbərliyi altında keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti