Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir H.Bağırov /
Azərbaycan məhkəməsi terror barədə yalan məlumat verən anlaqsız şəxsə hökm oxuyub.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Hüseyn Həsənovun anlaqsız olduğu müəyyən edilib və məhkəmə onun barəsində Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərmək barədə qərar qəbul edib.
Həsənov bu ilin mayında Bakının Nizami rayonundakı kafelərin birinə bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək yalan məlumat verib.
Həsənov məhkəmədə ifadəsində bildirib ki, həmin gün dostları ilə kafedə yeyib içəndən sonra onlardan ayrılıb və dostları ilə zarafat etmək məqsədilə polisə yalan məlumat verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]