Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Təhsil Nazirliyi bu il keçirilən qəbul imtahanlarının nəticələrindən razıdır.
"17 il ərzində ilk dəfədir ki, qəbul planı tamamilə doldurulub. Düşünürəm ki, bu göstərici qəbul imtahanları sisteminin müsbət nəticəsidir", - cümə axşamı jurnaslistlərə Azərbaycanın təhsil naziri Misir Mərdənov bildirib.
Bu tədris ilində ali məktəblərə qəbul planı 98 faiz yerinə yetirilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarının göstəricilərini ideal hesab etmir.