...

Türkiyə diasporu ABŞ Konqresi tərəfindən "erməni soyqırımı" üzrə qətnamənin qəbul olunmasının qarşısını alıb

Cəmiyyət Materials 25 Avqust 2009 16:03 (UTC +04:00)
ABŞ-ın siyasi təşkilatları və Türkiyənin Vaşinqtondakı diasporu Ermənistanın "erməni soyqırımı" məsələsinin Birləşmiş Ştatlar Konqresinin və yerli hüquq-mühafizə orqanlarının gündəliyinə gətirilməsi təşəbbüsünü ciddi problem hesab etmir.
Türkiyə diasporu ABŞ Konqresi tərəfindən "erməni soyqırımı" üzrə qətnamənin qəbul olunmasının qarşısını alıb

ABŞ, Vaşinqton, 25 avqust / Trend , müxbir N.Boqdanova /

ABŞ-ın siyasi təşkilatları və Türkiyənin Vaşinqtondakı diasporu Ermənistanın "erməni soyqırımı" məsələsinin Birləşmiş Ştatlar Konqresinin və yerli hüquq-mühafizə orqanlarının gündəliyinə gətirilməsi təşəbbüsünü ciddi problem hesab etmir. Bu barədə Trend -a Türkiyənin Kaliforniyadakı diasporunun liderlərindən biri Karahan Mete bildirib.

"Türkiyənin ABŞ təşkilatları (TCCA, Türkiyə Müdafiə Fondu, ATAA, TAAF, TAAC, Turkuaz, TADF) ermənilərin "erməni soyqırımı"na dair üç qətnaməni Kaliforniyanın yerli konqresinə təqdimetmə cəhdlərinin qarşısını ala bilib", - Mete bildirib.

Onun sözlərinə görə, erməni və yunan diasporlarının hakim mövqe tutduğu Kaliforniya ştatı ermənilərin antitürk fəaliyyəti mərkəzidir.

"Türk diasporu və senator Darrel Staynberq arasında sıx əlaqələr "erməni soyqırımı" probleminə həsr olunan 14 nömrəli AJR qətnamə layihəsinin həyata keçirilməsinə və "soyqırım" haqqında məsələnin gündəlikdə saxlanılmasına mane oldu", - Mete qeyd edib.

Türkiyə diasporu "erməni soyqırımı"na dair 234 nömrəli qətnamənin Kaliforniya məktəblərində təbliğinə  də mane olub.

"Qətnamənin ilk versiyasına əsasən, hər bir erməni Kaliforniya məktəblərində 1915-ci il hadisələri haqqında danışa və qohumları haqqında xatirələri bölüşə bilər", - Mete bidlirib.

Lakin Türkiyə diasporu tərəfindən yenidən nəzərdən keçirilən sonuncu versiyaya əsasən isə 1915-ci il hadisələrinin yalnız sağ qalan şahidləri məktəblərdə mühazirələr apara bilər.

"Hadisənin iştirakçılarından heç kimin sağ qalmadığını nəzərə alsaq, bu demək olar ki, mümkün deyil", - Mete qeyd edib.

O əlavə edib ki, Türkiyə diasporu Kaliforniya Senatının gündəliyində qalan və yerli idarə orqanları və Türkiyə ilə çalışan təşkilatlar arasında əməkdaşlığa mane olan AB 961 üçüncü qətnaməsi üzərində çalışır.

Türkiyənin Vaşinqtondakı diasporu ABŞ Konqresinin payız sessiyasında "erməni soyqırımı" probleminin müzakirəsinə mane olmaq üçün gücləndirilmiş işlər həyata keçirir.

"Erməni soyqırımı" üzərində Türkiyə təşkilatları ilə yanaşı, Türkiyə üzrə konqresmenlər qrupu çalışır", - Trend -a qrupun həmsədri Edda Uaytfeldin ofisindən bildirilib.

Konqresmen Uaytfeld ABŞ-Türkiyə münasibətlərinə dair açıq nəşrdə, Türkiyənin Birləşmiş Ştatların çətin vaxtlarında yaxın tərəfdaşlarından biri olaraq qalmasını nəzərə alaraq, türk xalqını acıqlandıracaq hər hansı bir addımın atılmasının təhlükəli olduğunu bildirib. "Lakin ABŞ Konqresində əvvəlki kimi Birinci Dünya müharibəsi dövründə Osmanlı İmperiyasında etnik ermənilərin ölümünü soyqırım kimi təqdim etmək üzrə addımlar atılır", - konqresmenin ofisindən bildirilib.

Uaytfeldin sözlərinə görə, hüquqi qüvvəsi olmayan bu kimi bəyanatlara "Türkiyəyə sillə və ya iki ölkənin münasibətlərində qarmaq kimi" baxılacaq.

"Erməni soyqırımı" problemi tarixçilərin müzakirə mövzusu olaraq qalır və siyasətçilər üçün siyasi nöqteyi-nəzərdən tarixi bəyanatlar vermək axmaqlıq və təhlükəli ola bilər", - Uaytfeld bildirib.

Konqresmenin fikrincə, iki ölkənin (Türkiyə və Ermənistan) artıq ixtilafların həll edilməsi və münasibətlərin yaxşılaşdırılması üçün addımlar atdığını nəzərə alsaq, ABŞ-ın vəziyyətə müdaxiləsinə ehtiyac qalmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti