...

İranın Urmiya şəhərində İran-Azərbaycan dostluq qrupunun ofisinin açılış mərasimi keçirilib

Cəmiyyət Materials 29 Avqust 2009 14:05 (UTC +04:00)
İranın Urmiya şəhərində İran-Azərbaycan dostluq qrupunun ofisinin açılış mərasimi keçirilib

İranın Urmiya şəhərində İran-Azərbaycan dostluq qrupunun ofisinin açılış mərasimi keçirilib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.

"Bu ofisin fəaliyyətində məqsəd iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək, ziayalılar arasında əlaqələr qurmaq, eləcə də İran və Azərbaycan arasında ticari əməkdaşlığı genişləndirməkdir", - deyə ofisin nümayəndəsi Rəhman Nəriman bildirib.

Nəriman əlavə edib ki, İran-Azərbaycan dostluq qrupu üç ildir ki, İranda fəaliyyət göstərir və hazırda ölkənin bəzi mərkəzi əyalətlərində ofislər açmaqla öz fəaliyyətlərini genişləndirirlər.

Xəbər lenti

Xəbər lenti