...

Azərbaycanın təhsil naziri məktəbəqədər müəssisələrin vəziyyətindən narahatdır

Cəmiyyət Materials 5 Sentyabr 2009 12:31 (UTC +04:00)
Azərbaycanın təhsil naziri məktəbəqədər müəssisələrin vəziyyətindən narahatdır

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın təhsil naziri ölkədəki məktəbəqədər müəssisələrin vəziyyətindən narahatdır.

"Uşaq bağçalarının əksəriyyətinin yaxınlığında çoxmərtəbəli binalar ucaldılır, bu isə narahatçılığa səbəb olur. Ən pisi isə odur ki, tikinti meydanları uşaq bağçalarının ərazisini də zəbt edir. Təəssüf ki, yerli icra orqanları və müəssisələrin rəhbərləri buna göz yumurlar", - şənbə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil işçilərinin respublika konfransında bildirib.

Nazir həmçinin qeyd edib ki, yeni tədris ilinədək 16 məktəbəqədər müəssisə istismara veriləcək. "Növbəti ildə 323 məktəbəqədər müəssisə təmir ediləcək ki, onların 20-si Bakıda, biri Sumqayıtda yerləşir", - Mərdanov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti