...

Azərbaycanın iaşə müəssisələrində qanunsuz saxlanılan heyvanlar təbiətə buraxılıb

Cəmiyyət Materials 12 Sentyabr 2009 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın iaşə müəssisələrində qanunsuz saxlanılan heyvanlar milli parklara verilib.

Azərbaycanda Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçən heyvanlar vəhşi təbiətə buraxılıb.

"İctimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçən 4 ədəd qartal, 2 ədəd soltan toyuğu, 2 ədəd hacıleylək, 1 baş dovşan və 1 baş canavar tam reabilitasiya keçərək Altıağac, 1 ədəd qutan və 1 baş ceyran isə yaşama arealına uyğun olaraq Ağgöl Milli Parklarının ərazilərində vəhşi təbiətə buraxılıb", - şənbə günü Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

2009-cu ildə nazirliyin əməkdaşlarının respublika ərazisində keçirdikləri reydlər zamanı iaşə müəssisələrində qanunsuz olaraq saxlanılan 2 baş ceyran, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və həmçinin adları "Qırmızı Kitab"a daxil edilmiş müxtəlif növ vəhşi quşlar götürülərək klinikaya təhvil verilib.

2008-ci ildə isə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına hərəsi 1 baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, 2 baş cüyür, 3 baş canavar, 4 baş dovşan, hərəsi 1 ədəd olmaqla şahin, aralıqdəniz qartalı, qırqovul, leşyeyən, qartal, ağ baş kərkəs, qu quşu, hərəsi 2 ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti