...

İKT-nin baş katibi Nyu-Yorkda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Cəmiyyət Materials 22 Sentyabr 2009 17:29 (UTC +04:00)
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Nyu-Yorkda BMT Baş Assambelyasının 64-cü sessiyasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək, bu barədə İKT-nin çərşənbə axşamı yayılmış məlumatında deyilir.
İKT-nin baş katibi Nyu-Yorkda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu Nyu-Yorkda BMT Baş Assambelyasının 64-cü sessiyasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək, bu barədə İKT-nin çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Görüşün təfsilatları barədə hələ məlumat verilmir.

Nyu-Yorka səfəri sentyabrın 22-də başlayan İKT-nin baş katibi həmçinin BMT baş katibi Pan Gi Mun tərəfindən təşkil olunmuş iqlim dəyişiklərinə həsr olunan təntənəli görüşdə iştirak edəcək.

İhsanoğlu həmçinin Tacikistan, Bosniya və Hersoqovinanın xarici işlər nazirləri ilə də görüşəcək.

BMT Baş Assambleyasının 64-cü sessiyası çərşənbə axşamı ümumdünya təşkilatının Nyu-Yorkdakı qərargahında rəsmi olaraq açılıb, bu barədə RİA Novosti yazır.

Sessiya bütün il boyu - 2010-cu ilin sentyabrına kimi davam edəcək. Onun işinin ən mühüm hissəsini dövlət və hökumət başçılarının, həmçinin xarici işlər nazirlərinin iştirakı ilə ümumsiyasi diskusiyalar təşkil edəcək. Bu il diskusiyalar sentyabrın 23-dən 30-dək keçiriləcək.

Bu dəfə BMT baş qərargahında dövlətlərin birinci şəxsləri rekord sayda toplaşacaq. BMT məmurlarının təsdiqlədiyi kimi, BMT üzv ölkələrinin yüzdən artıq rəhbəri iştirak edəcək.

Baş Assambleyanın tribunasından çərşənbə günü ABŞ Prezidenti Barak Obama çıxış edəcək. Həmin gün, sentyabrın 23-də İran Prezidenti Mahmud Əhmədinejadın da çıxışı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti