...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Beynəlxalq Moskva konfransının işində iştirak edəcək

Cəmiyyət Materials 23 Sentyabr 2009 10:28 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də Moskvada baş tutacaq "Rusiya və islam dünyası: inkişaf naminə əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransın işində iştirak edəcək, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin çərşənbə axşamı yayılmış press-relizində deyilir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Beynəlxalq Moskva konfransının işində iştirak edəcək

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də Moskvada baş tutacaq "Rusiya və islam dünyası: inkişaf naminə əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransın işində iştirak edəcək, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin çərşənbə axşamı yayılmış press-relizində deyilir.

Şeyxülislam Paşazadə Rusiyanın Müftilər Şurası tərəfindən təşkil olunan konfransda iştirak edəcək. Konfransda görkəmli din və ictimai xadimlərin iştirakı nəzərdə tutulub. Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyanın Müftilər Şurasının sədri Ravil Qaynuddini 50 illik yubileyi münasibətilə təbrik edəcək.

Xəbər lenti

Xəbər lenti