İranın tanınmış 10 kinorejissoru və aktyoru, o cümlədən Məhəmməd Mehdi Əsgərpur, İbrahim Hatəmikiya, Rəxşan Bənietimad, Rza Mirkərimi gələn həftənin cümə günü Amerikada İran kinosu mövzusunu araşdırmaq məqsədi ilə ABŞ-a səfər edəcəklər.
Amerika Kino Akademiyası "Oskar" və UCLA televiziya "close and personal" proqramının dəstəyi ilə keçiriləcək tədbirdə 8 İran kinosu nümayiş etdiriləcək və rejissorlar çəkdikləri filmlər haqqında məlumat verəcəklər.
Ötən il Amerika Kino Akademiyasının 8 nəfərlik nümayəndə heyəti İranının "Kino evi"nin dəvəti ilə bu ölkəyə səfər edib. Onlar iranlı kinorejissorlarla görüş keçirib bu ölkənin bir neçə şəhərinə, o cümlədən İsfahan və Şiraz şəhərlərinə səfər ediblər.