Azərbaycan, Bakı, 6 oktyabr / Trend , müxbir F.Hüseynli/
Kişi cüdoçuların Azərbaycanda keçiriləcək Dünya Kubokunda yarışacaq komandaların sayı artıb.
Trend -un məlumatına görə, turnirdə 14 yığmanın iştirakı dəqiqdir. Azərbaycan, Rusiya, Polşa, Portuqaliya, Gürcüstan, Yunanıstan, Norveç, İsrail, Fransa, Yaponiya və Hollandiyanın ardından, Ukrayna, Belarus və Türkiyə milli komandaları da Dünya Kubokunda mübarizə aparacaq. Yarış oktyabrın 10-11-də keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]