Azərbaycan, Bakı, 7 oktyabr / Trend , müxbir T.Cəfərov/
Azərbaycanda zəvvarların Həcc ziyarəti yalnız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə həyata keçiriləcək, Trend -un məlumatına görə, bunu jurnalistlərə sədrin müavini Hacı Sabir Həsənli bildirib.
Onun sözlərinə görə, turizm şirkətlərinə müraciət edənlər ziyarətə gedə bilməyəcəklər. "Nə qədər gec deyil, əhali oktyabrın 25-nə kimi QMİ-yə müraciət etsin", - QMİ təmsilçisi deyib.
İndiyədək 600 nəfər təyyarə, 800 nəfər avtobusla səfər etmək üçün qeydiyyatdan keçib. Azərbaycandan Həcc ziyarətinə getmək üçün 2000 nəfərlik kvota ayrılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]