...

Azərbaycanın cənub rayonunda ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb

Cəmiyyət Materials 10 Oktyabr 2009 11:25 (UTC +04:00)
Lənkəran rayon mərkəzi xəstəxanasının kardiologiya şöbəsinin müdiri Ağamalı Qasımov şənbə günü Trend News-a bildirib ki, bu ilin doqquz ayında şöbəyə müraciət edənlərin sayı 133 nəfər olub. Bu da ötən ilin müvafiq göstəricisindən 10 nəfər çoxdur.
Azərbaycanın cənub rayonunda ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb

Azərbaycan, Lənkəran, 10 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənub Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb.

Lənkəran rayon mərkəzi xəstəxanasının kardiologiya şöbəsinin müdiri Ağamalı Qasımov şənbə günü Trend -a bildirib ki, bu ilin doqquz ayında şöbəyə müraciət edənlərin sayı 133 nəfər olub. Bu da ötən ilin müvafiq göstəricisindən 10 nəfər çoxdur.

Müraciət edənlərin əksəriyyəti 40-55 yaş arasındadır. Hazırda xəstəxanada stasionar müalicə alan xəstələrdən 4 nəfəri infarkta görə müalicə olunur.

Qasımov deyib ki, cənub regionunda infarkt, ürəyin işemik xəstəlikləri cavanlaşıb.

"İnsanların bugunkü həyat tərzi, şəkərli diabet, bölgə üçün xarakterik olan revmatizm, zob xəstəlikləri ,habelə qipodenamiya (hərəkətin məhdudluğu), düzgün qidalanmama ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillərdir. Bir neçə il öncə bu xəstəliklərdən əziyyət çəkənlərin əksəriyyəti kişilər idisə, indi demək olar ki, yarıbayarıdır. Ekspertlər bunu qadınların ailə yükünün və qayğılarının artması ilə əlaqələndirirlər"-deyə həkim əlavə edib.

Qasımov xəstələrin dərman preparatları ilə təchizatında da bəzi problemlərin olduğunu vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti