Azərbaycan, Lənkəran, 10 oktyabr / Trend , müxbir P.Əliyeva
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Lənkəranda dövlət din münasibətləri mövzusunda seminar keçirib. Tədbirin keçirilməsində əsas məqsəd 29 may 2009-cu il "Dini etiqad azadlığı haqqında Qanuna edilmiş əlavə və dəyişikliklər"lə bağlı insanları maarifləndirməkdir.
Komitənin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Ceyhun Məmmədov indiyədək dini icmalardan 150-yə yaxın sənəd təqdim olundugunu bildirib.
Məmmədov un sözlərinə görə təhlillər aparılıb və bəzi icmaların sənədlərində müəyən qüsurlar var, onlarla bağlı fikir mübadiləsi aparılıb..
"Bəzi icmalar hələ də sənədləri təqdim etməyiblər. Dekabrın sonunadək müraciət olmasa məhkəmələr müraciət edərək fəaliyyətləri dayandırılacaq" -deyə Məmmədov bildirib.
Tədbirdə din adından istifadə edərək zərərli təriqətləri yayan qüvvələrin olduğu, bunanla da əlaqədar Dövlətimizin qətiyyətli tədbirlər gördüyü diqqətə çatdırılıb.
Respublikanın bütün şəhər və rayonlarında dini ədəbiyyatların satışı ixtisaslaşmış satış məntəqələri vasitəsilə həyata keçiriləcəyini bildirən Dini Komitə nümayəndəsi ümumilikdə 150 adda yayımı qadağan olunmuş dini kitab siyahsının olduğunu bildirib.
"2008-ci ildə 400 adda kitaba ekspertizaya təqdim olunubsa, 2009-un hazırkı dövrünədək 2000 adda kitaba baxılıb. Ötən il 100-ə yaxın kitaba məhdudiyyət qoymuşuq" deyə Məmmədov qeyd edib
Onun sözlərinə görə, bu il o fərq özünü göstərir belə ki, zərərli kitabların ölkəyə idxalının sayının azalması müşahidə olunur.