...

İranda 18 yaşına çatmamış yeniyetmə qətl törətdiyi üçün edam olunub

Cəmiyyət Materials 12 Oktyabr 2009 11:18 (UTC +04:00)

17 yaşlı Behnud Şocayi qətl hadisəsi ilə bağlı təqsirli bilinərək Tehran şəhəri Evin həbsxanasında edam olunub. Bu barədə BBC xəbər verir.

Şocayi 2005-ci ildə (17 yaşında) Tehran şəhərinin parklarının birində şəxsi münaqişə zəmnində bir nəfəri qətlə yetirib. İran Uşaq Hüquqları haqqında Konvensiyanı imazalamaqla, Konvensiyanın 37-ci maddəsinə əsasən, 18 yaşına çatmamış gənclərlə bağlı (cinayət törətdikləri zaman ) edam hökmü çıxarmamaq barədə öhdəliyi rəsmi şəkildə qəbul edib. Lakin ölkənin Ali Məhkəməsi 2007-ci ildə edam hökmünü Şocayi haqda təsdiqləyib və icra üçün İranın Ədliyyə Nazirliyinə göndərib.

Bundan öncə Şocayi edam olunmaq üçün 5 dəfə Evin həbsxanasına gətirilsə də, onun edam hökmü icra olunmayıb. İran məhkəmə orqanının sabiq sədri Ayətullah Haşimi Şahrudi hələ 2004-cü ildə 18 yaşına çatmamış yeniyetmələrə qarşı edam hökmünün ləğv olunması haqda qərar qəbul etmişdi.

Xəbər lenti

Xəbər lenti